Abşeron rayonunda baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB-1 - VİDEO
sizinxeber.az xəbər saytı

Abşeron rayonunda baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB-1 - VİDEO


Xəbərə video əlavə olunub.

***

22.16

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri məlumatla əlaqədar cəlb edilib.

Sizinxeber.az xəbər verir ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Əlavə məlumat veriləcək.

***

22.12

Abşeronda mənzildə partlayış olub

Sizinxeber.az xəbər verir ki, hadisə Saray MTK-da yerləşən mənzillərdən birində baş verib.

Hadisə zamanı mənzildə olan Həsənzadə Fidan Araz qızı xəsarət alıb.

***

21.56

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olması barədə ilkin məlumat daxil olub.

Sizinxeber.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

FHN Binəqədidə inzibati binada yanğınla bağlı məlumat yayıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda restoranda baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsən şəhərində binada partlayış baş verib, xəsarət alan olmayıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda binada yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda 5 mərtəbəli binada yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər