Sumqayıtda fabrikdə zəhərlənənlərin sayı 21-ə çatıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Sumqayıtda fabrikdə zəhərlənənlərin sayı 21-ə çatıb - YENİLƏNİB


Xəbər verdiyimiz kimi, Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.


***
17:12

Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə tekstil fabrikində baş verib.

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 21-də saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Fəridə

Xədicə Səxavət

Oxşar xəbərlər

Sumqayıtda fabrikdə 19 nəfər zəhərlənib
Bakıda toyda zəhərlənənlərin sayı 50-ni keçib - YENİLƏNİB 1
Sumqayıt Tekstil Fabrikində qidadan zəhərlənənlərin kimliyi məlum olub - YENİLƏNİB-2
Bakıda toyda zəhərlənənlərin sayı 36-ya çatıb - YENİLƏNİB
Gəncədə 6 nəfər qidadan zəhərlənib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər