Sumqayıtda fabrikdə 19 nəfər zəhərlənib
sizinxeber.az xəbər saytı

Sumqayıtda fabrikdə 19 nəfər zəhərlənib


Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə tekstil fabrikində baş verib.

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 21-də saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Fəridə

Xədicə Səxavət

Oxşar xəbərlər

Bakıda toyda zəhərlənənlərin sayı 50-ni keçib - YENİLƏNİB 1
Gəncədə 6 nəfər qidadan zəhərlənib - YENİLƏNİB
Bakıda toyda zəhərlənənlərin sayı 36-ya çatıb - YENİLƏNİB
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Yevlaxda qəzada xəsarət alan 6 nəfərin vəziyyəti açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər