Gəncədə 35 yaşlı kişi ayağından bıçaqlanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Gəncədə 35 yaşlı kişi ayağından bıçaqlanıb - YENİLƏNİB


Aprelin 20-də saat 19:00 radələrində 1990-cı il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Sizinxeber.az-ya verilən məlumata görə, sol budun deşilmiş yarası və sağ budun üçdə bir hissəsinin deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

18.41

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

35 yaşlı E.İsmayılov bud nahiyəsinin kəsilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib. Onun hansı səbəbdən bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gəncədə 37 yaşlı kişi bıçaqlanıb, qohumu tutulub - YENİLƏNİB
Gəncədə 31 yaşlı kişi küçədə bıçaqlanıb - YENİLƏNİB
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
Gəncə Dövlət Universitetində 37 yaşlı qadın özünə xəsarət yetirib, araşdırma aparılır - YENİLƏNİB
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər