Goranboyda iki avtomobil toqquşub – biri dəmir arakəsməyə çırpılıb - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
apr
2025
23:00

Goranboyda iki avtomobil toqquşub – biri dəmir arakəsməyə çırpılıb - FOTO

19 apr, 2025
23:00
505

Goranboyda iki avtomobil toqquşub – biri dəmir arakəsməyə çırpılıb - FOTO

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistral yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili “VAZ 2107” markalı avtomobilə arxadan çırpılıb.

Toqquşmanın təsirindən “Prius” yolun kənarındakı dəmir arakəsməyə dəyib. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın