Özbəkistanda avtomobilin üzərinə qaya parçasının düşməsi nəticəsində 3 nəfər ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
noy
2024
03:30

Özbəkistanda avtomobilin üzərinə qaya parçasının düşməsi nəticəsində 3 nəfər ölüb

07 noy, 2024
03:30
638

Özbəkistanda avtomobilin üzərinə qaya parçasının düşməsi nəticəsində 3 nəfər ölüb

Özbəkistanda Taxtakaraça aşırımındakı yolda avtomobilin üzərinə qaya parçası düşüb, üç nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Xidməti (YHTX) teleqramda bildirib.

“Qaşqadərya vilayətinin Kitab rayonu ərazisindən keçən Kitab – Səmərqənd istiqamətində M-39 avtomobil yolunun 1 138-ci kilometrində “Chevrolet Cobalt” avtomobili yağıntılar səbəbindən dağ yamacından qopan qeyri-sabit qaya parçasının altında qalaraq əzilmişdir”, – məlumatda qeyd olunub.

Qəza zamanı nəqliyyat vasitəsinin salonunda olan üç nəfərin həlak olduğu bildirilir. Hadisə yerinə xilasetmə və təcili tibbi yardım briqadaları cəlb edilib.

Aşırımda nəqliyyatın hərəkəti dayandırılıb, lakin YHTX tezliklə bərpa olunacağını vurğulayıb.

Bizimlə əlaqə saxlayın