Ölkəboyu şəhər və rayonlarda polis əməkdaşları yağışın fəsadları ilə bağlı fasiləsiz xidmət aparır
Ölkə ərazisində davam edən leysan xarakterli yağış və küləklə müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.
DİN Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunaraq davam etdirilir.
Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Park və xiyabanlarda piyadaların rahat hərəkətini və mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək məqsədi ilə cəlb edilmiş əlavə naryadlar tərəfindən lazımi köməkliklər göstərilir. Digər dövlət orqanları ilə birgə tədbirlər görülür.
Polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə də təhlükəsizlik məqsədilə tədbirlər həyata keçirilir.
Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.
"Bir daha hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edirik", - məlumatda deyilir.
Oxşar xəbərlər
DİN: Polis hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
Hərəkətin intensiv olduğu küçə və prospektlərdə əlavə polis naryadları cəlb edilib - FOTO - FOTO
Polis əməkdaşları tərəfindən gecə saatlarında da fasiləsiz xidmət davam edir
Qərb bölgəsində yollarda buzlaşmaya qarşı tədbirlər görülür
Hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












