DİN: Polis hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO
sizinxeber.az xəbər saytı

DİN: Polis hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır - VİDEO


DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir.


DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.

Paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə zəruri tədbirlər görülür.

Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.

Mövcud hava şəraiti ilə bağlı daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib.
Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

Oxşar xəbərlər

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə əlavə polis naryadları cəlb edilib - FOTO - FOTO
Polis əməkdaşları tərəfindən gecə saatlarında da fasiləsiz xidmət davam edir
Hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür - FOTO
DİN: Hava şəraiti ilə əlaqədar ölümlə nəticələnən hadisə qeydə alınmayıb
Polis hərəkətin intensiv olduğu yollarda gücləndirilmiş rejimdə çalışır - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər