NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
sizinxeber.az xəbər saytı

NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb


Hazırda Bakı şəhərində mövcud olan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə həm elektrik enerjisinin olmaması, həm də texniki səbəblərdən svetoforların işində problemlər yaranır. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov "Report"a bildirib ki, Mərkəzin əməkdaşları gücləndirilmiş iş rejimində problemin qısa müddət ərzində həll edilməsi üçün çalışırlar. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Yollardakı vəziyyətlə bağlı operativ məlumatlandırma təmin ediləcək.

Oxşar xəbərlər

NİİM 8 Noyabr prospekti ilə bağlı müraciət edib
NİİM 8 Noyabr prospekti ilə bağlı müraciət edib - YENİLƏNİB
NİİM svetoforların elektrik xəttinə müdaxilə halları ilə bağlı müraciət edib
Bakıda ayrı-ayrı şəxslər svetoforların elektrik xəttinə müdaxilə edirlər
Bu yolda sürət həddi azaldıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər