NİİM svetoforların elektrik xəttinə müdaxilə halları ilə bağlı müraciət edib
sizinxeber.az xəbər saytı

NİİM svetoforların elektrik xəttinə müdaxilə halları ilə bağlı müraciət edib


Paytaxtda bəzi hallarda ayrı-ayrı şəxs və ya şəxslər tərəfindən svetoforların elektrik xəttinə qanunsuz müdaxilə hallarına rast gəlinir.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Qeyd olunub ki, növbəti belə bir hal Suraxanı rayonu, İlqar Məmmədov küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində Yenil il işıq çilçırağının naqilinin açıq formada işıqforun elektrik xəttinə quraşdırılması ilə bağlı olub: "Qısa müddət ərzində Mərkəzin əməkdaşları tərəfindən bu cür qanunsuz hərəkətin qarşısı alınaraq, təhlükəsizlik təmin olunur. DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi belə şəxslərə müraciət edərək bildirir ki, svetoforların elektrik xəttinə hər hansısa bir avadanlığın quraşdırılması, xüsusilə də yağışlı havalarda qısaqapanmalara səbəb olur və nəticədə də nizamlayıcının kabel-kommunikasiya xətləri, idarəetmə qurğusu sıradan çıxır. Belə olduğu təqdirdə yol hərəkəti iştirakçılarının yoldan təhlükəsiz istifadə etməsində problemlər yaranır. Xatırlatmaq istərdik ki, svetoforlara kənar avadanlıqların quraşdırılması və qoşulması qadağandır və bu məsuliyyət yaradır".

Oxşar xəbərlər

NİİM: Jurnalistlər binasının yaxınlığında işıqforda yaranan problemlə bağlı tədbir görülür
NİİM 8 Noyabr prospekti ilə bağlı müraciət edib - YENİLƏNİB
NİİM 8 Noyabr prospekti ilə bağlı müraciət edib
NİİM piyadalara müraciət edib - VİDEO
NİİM: Texniki nasaz yük avtomobilləri yollarda süni sıxlığın yaranmasına səbəb olur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər