NİİM 8 Noyabr prospekti ilə bağlı müraciət edib - YENİLƏNİB
Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforların işi bərpa olunub.
Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda prospektdən sürücü və piyadalar təhlükəsiz şəkildə yollarına davam edirlər.
Qeyd edilib ki, işıqforların işləməməsinə səbəb ərazidə elektrik təchizatının kəsilməsi olub.
***
11.12
Elektrik təchizatının kəsilməsi ilə əlaqədar hazırda paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforlar işləmir.
Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə işlər görülür. Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
Oxşar xəbərlər
NİİM 8 Noyabr prospekti ilə bağlı müraciət edib
8 Noyabr prospektindəki məhdudiyyət qismən aradan qaldırılıb
NİİM: Heydər Əliyev və Babək prospektlərində sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür
Xətai rayonunda yanğın baş verib, 8 Noyabr prospektində məhdudiyyət tətbiq edilib - FOTO
8 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qismən aradan qaldırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













