Xaçmazda itkin düşən yeniyetmə qız Gəncədə tapılıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
apr
2025
02:00

Xaçmazda itkin düşən yeniyetmə qız Gəncədə tapılıb - YENİLƏNİB

13 apr, 2025
02:00
570

Xaçmazda itkin düşən yeniyetmə qız Gəncədə tapılıb - YENİLƏNİB

Xaçmaz rayonunda itkin düşmüş kimi axtarışa elan olunan məktəbli polis əməkdaşları tərəfindən Gəncə şəhərində tapılıb. 

Bu barədə "Report"a DİN-nin Mətbuat Xidmətindən bildirilib.

Araşdırma aparılır.

12.04.2025.22:58

Xaçmaz rayon sakini, 13 yaşlı Musayeva Sevinc Bəhram qızı bu gün səhər saat 08:30 radələrində repetitor yanına getmək adı ilə yaşadığı evdən çıxıb və geri dönməyib.

DİN-nin Mətbuat Xidmətinin Quba Regional qrupundan “Report”a bildirilib ki, onun barəsində axtarış elan olunub və tapılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” - Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332) 5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın