Gədəbəydə ana və qızı döyülüb, ekspertiza təyin olunub - YENİLƏNİB
Aprelin 11-də saat 13:40 radələrində 2 nəfər (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, 1983-cü il təvəllüdlü şəxsə dizin və çiyinin əziyi, 2007-ci il təvəllüdlü şəxsə isə üz nahiyəsinin əziyi diaqnozları təyin edilib: "Hər 2 pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
***
13.59
Gədəbəydə döyülmə faktı qeydı alınıb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. 1983-cü il təvəllüdlü İ.Mürsəlova və övladı 2007-ci il təvəllüdlü N.Mürsəlova döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, İ.Mürsəlova qaynatası və baldızı tərəfindən döyülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Sizinxeber.az-ya bildirib ki, faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır, ekspertiza təyin olunub. Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
Gədəbəydə ana və qızı döyülüb, ekspertiza təyin olunub
Gəncədə bir ailənin üç üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB
Gəncə Dövlət Universitetində 37 yaşlı qadın özünə xəsarət yetirib, araşdırma aparılır - YENİLƏNİB
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Yevlaxda yanğında xəsarət alan azyaşl ölüb - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













