Gəncədə bir ailənin üç üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB
Martın 17-də saat 02:10 radələrində 3 nəfər (2 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Sizinxeber.az-ya TƏBİB-dən bildirilib.
Məlumata görə, 2012, 2015, 2017-ci il təvəllüdlü pasiyentlərə dəm qazının toksiki təsiri diaqnozu təyin edilib.
Onlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
08.49
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, 2012-c il təvəllüdlü F.Şamilova, 2015-ci il təvəllüdlü H.Şamilov və 2017-ci il təvəllüdlü Z.Şamilova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir.
Məlumata görə, zəhərlənən uşaqlar bir ailənin üzvüdür.
Onların yaşadıqları evin vanna otağında dəm qazından zəhərləndiyi qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə bir ailənin üç uşağı dəm qazından zəhərlənib
Daşkəsəndə bir ailənin 3 üzvü qidadan zəhərlənib - YENİLƏNİB
Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB
Ağstafada 4 nəfər dəm qazından zəhərlənib
Goranboyda 5 nəfər zəhərlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













