sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Gədəbəydə ana və qızı döyülüb, ekspertiza təyin olunub
Gədəbəydə döyülmə faktı qeydı alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. 1983-cü il təvəllüdlü İ.Mürsəlova və övladı 2007-ci il təvəllüdlü N.Mürsəlova döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, İ.Mürsəlova qaynatası və baldızı tərəfindən döyülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır, ekspertiza təyin olunub. Araşdırmanın sonunda məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
Tovuz sakini döyülüb
Gədəbəydə 29 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Gədəbəydə minik maşını aşıb,xəsarət alanlar var
Gədəbəydə 37 yaşlı piyadanı avtomobil vurub
Gədəbəydə ağır qəza baş verib, ölən və yaralanan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













