Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Sinoptiklərin məlumatına əsasən, bu gündən başlayaraq aprelin 12-dək ölkə ərazisində hava şəraitinin külək və yağışla müşahidə olunan kəskin dəyişməsi, temperaturunun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enməsi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı xahiş edir.
Yağışlı, çiskinli havalarda yollarda sürüşmə ehtimalı yüksək olduğundan avtomobil sürücüləri sürət həddini yol və meteoroloji şəraiti uyğun seçməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər.
Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.
Piyadalardan isə əlverişsiz havalarda daha da ehtiyatlı davranmaq, səki ilə hərəkət edərək avtomobil yoluna çıxmamaq, yolu yalnız piyada keçidlərindən keçmək xahiş olunur.
MƏLUMAT YENİLƏNİR ...
Oxşar xəbərlər
DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
DYP: Əlverişsiz hava şəraitində sürücülər sürət həddini minimuma endirməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
