Sumqayıtda şüşə istehsalı sexinin ərazisində yanğın olub - VİDEO
sizinxeber.az xəbər saytı

Sumqayıtda şüşə istehsalı sexinin ərazisində yanğın olub - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 5000kv.m olan şüşə istehsalı sexinin ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən sexin digər sahələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin əritmə sobası ətrafında 150kv.m. sahə yanıb.

Sexin böyük hissəsi yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Sumqayıtda sexdə yanğın olub
Keşlə qəsəbəsi ərazisində sexdə yanğın baş verib - FOTO - VİDEO
Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexdə yanğın baş verib - VİDEO
Bakıda mebel sexi yanıb - VİDEO
Kürdəmirdə 7 ton ot bağlaması yanıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər