Anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb
sizinxeber.az xəbər saytı

Anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb


SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Qaradağ rayonunda anasını qəsdən öldürməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Kamran Şükürzadə barəsində cinayət işi açılıb.

Bu barədə BAKU.WS-ə Qaradağ Rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyulun 20-də saat 07 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla şəxsi münasibətlər zəminində Aybəniz Şükürovanı oğlu bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

BAKU.WS

Oxşar xəbərlər

Qobustanda ər arvadını öldürməkdə şübhəli bilinir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda arvadını öldürməkdə şübhəli bilinən ər tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qohumunu qətlə yetirməkdə şübhəli bilinən şəxs ölüb - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astarada qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 5 ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər