Bakıda arvadını öldürməkdə şübhəli bilinən ər tutulub
sizinxeber.az xəbər saytı

Bakıda arvadını öldürməkdə şübhəli bilinən ər tutulub


Aprelin 5-də saat 23 radələrində paytaxtın Binəqədi rayonu ərazisində 1992-ci il təvəllüdlü Aygül Quliyevanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon Prokurorluğundan "Sizinxeber.az"a verilən məlumata görə, araşdırmalarla 1979-cu il təvəllüdlü Rəşad Quliyevin Binəqədi rayonu, Cavadxan küçəsi ərazisində yerləşən evlərdən birində şəxsi münasibətlər zəminində bıçaqla xəsarət yetirərək arvadı Aygül Quliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. R.Quliyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Oxşar xəbərlər

Qobustanda ər arvadını öldürməkdə şübhəli bilinir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qohumunu odlu silahla öldürən şəxs tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 5 ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bacısını öldürməyə görə tutulan şəxsin cinayət işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qohumunu qətlə yetirməkdə şübhəli bilinən şəxs ölüb - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər