Qohumunu qətlə yetirməkdə şübhəli bilinən şəxs ölüb - YENİLƏNİB 2
Cinayət hadisəni törətməkdə şübhəli bilinən Rzayev Ceyhun Alxan oğlu müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, Nicat Salahovu qətlə yetirməkdə şübhəli bilinən Ceyhun Rzayev intihara cəhd etmişdi.
Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Nicat Salahovun öldürülməsi barədə cinayət işi açılıb.
Sumqayıt şəhər prokurorluğundan "Report"a bildirilib ki, araşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində qətl hadisəsi törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, 1981-ci il təvəllüdlü Salahov Nicat Saleh oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə ölməsi barədə polisə məlumat daxil olub.
Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Rzayev Ceyhun Alxan oğlu qətli törətdikdən sonra intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən şəxslə C.Rzayev qohum olub.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 5 ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxs həbs edilib
Qobustanda ər arvadını öldürməkdə şübhəli bilinir
Prokurorluq: Şamaxı sakini bir neçə atəşlə öldürülüb - YENİLƏNİB-3
Əhməd qətliamı: taksilər yoxlanır, onlayn ödəniş dayandı
Əhməd haqqında daha bir iddia: “Oğluma “beşbarmaq”la zərbə endirib, sonra 18 bıçaq xəsarəti yetirib” - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












