Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - YENİLƏNİB


Kəlbəcərdə mina hadisəsi baş verib, üç nəfər yaralanıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər, Müdafiə Nazirlikləri və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.

Belə ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Hadisə nəticəsində 1969-cu il təvəllüdlü Hüseynov Xəlifə Həsən oğlu piyada əleyhinə minaya düşərək xəsarət, onun arxasınca hərəkət edən 1978-ci il təvəllüdlü Məmmədov Səməndər Əliqəmə oğlu isə həmin mina partlaması nəticəsində qəlpə yaraları alıb.

Daha sonra hadisə yerinə onlara köməyə gedən 1976-cı il təvəllüdlü Qaraşov Rahim Əşrəf oğlu ikinci minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

"Bir daha vətəndaşlarımızı təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırırıq!", - birgə məlumatda qeyd olunub.

18:54

55 yaşlı Xəlifə Hüseynov Həsən oğlu Kəlbəcər rayon Ağdaban kəndində minaya düşüb.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Ağdamda mina partlayışı olub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA-nın mina partlayışı zamanı xəsarət alan əməkdaşı Gəncə xəstəxanasına təxliyə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: 2020-ci il müharibəsinin bitməsindən indiyədək mina qurbanlarının ümumi sayı 341 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binədə ağır yol qəzasında iki nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər