ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB-2
Dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
"Report" xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində minaya düşən əməkdaşının son durumu açıqlanıb.
Agentlikdən "Report"a bildirilib ki, minaya düşən Zaur Mahmudov rayon xəstəxanasına yerləşdirilib.
Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxşdir.
İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib.
Bu barədə "Report"un Qarabağ bürosuna Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Məlumata görə, ANAMA-nın əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
O, hadisə yerindən təxliyə edilərək rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.
Oxşar xəbərlər
ANAMA əməkdaşı Ağdamda minaya düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA-nın avtobusu Laçında qəzaya uğradı: yaralılar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA əməkdaşının mina partlayışı nəticəsində xəsarət alması bizi kədərləndirdi - ABŞ səfirliyi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbçilərimiz minaya düşdü, cinayət işi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kütləvi məzarlıqların aşkarlandığı yerlər açıqlandı - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












