ANAMA-nın mina partlayışı zamanı xəsarət alan əməkdaşı Gəncə xəstəxanasına təxliyə edilib
sizinxeber.az xəbər saytı

ANAMA-nın mina partlayışı zamanı xəsarət alan əməkdaşı Gəncə xəstəxanasına təxliyə edilib


İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində yaralanan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun vəziyyəti qənaətbəxşdir.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, yaralıya sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu təyin edilib. Ona ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA əməkdaşı Ağdamda minaya düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: 2020-ci il müharibəsinin bitməsindən indiyədək mina qurbanlarının ümumi sayı 341 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA-nın avtobusu Laçında qəzaya uğradı: yaralılar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan artıq öz istehsalı olan minatəmizləyən maşınlardan istifadə edir - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər