Ağdamda mina partlayışı olub, xəsarət alan var
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib.
Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib. Xəsarət alan şəxs 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu idarə etdiyi qreyder ilə yolu azaraq minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minaya düşüb.
Hadisə nəticəsində Hüseynov Vidadi sağ əlindən xəsarətlər alıb. Zərərçəkən şəxs rayon xəstəxanasına təxliyə edilib. Mina partlayışı nəticəsində texnikaya zərər dəyib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
ANAMA-nın mina partlayışı zamanı xəsarət alan əməkdaşı Gəncə xəstəxanasına təxliyə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA əməkdaşı Ağdamda minaya düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












