Yol polisi dumanlı hava ilə bağlı xəbərdarlıq edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı xəbərdarlıq edib.
Bu barədə APA -ya BDYPİ-dən məlumat verilib.
Xəbərdarlıqda deyilir:
"Sinoptiklərin də bildirdiyi kimi, hazırda dumanlı hava şəraiti ilə əlaqədar bir sıra magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşıb:
Məlumdur ki, dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır. Baş Dövlət Yol Polisi İdarəsi hazırda əhalinin bayram tətilindən daimi yaşayış yerlərinə qayıtmaları səbəbindən yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, sürücülərdən dumanlı havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir".
Oxşar xəbərlər
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
DYP dumanlı hava ilə bağlı xəbərdarlıq edib
BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq
DYP dumanlı hava ilə əlaqədar müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













