BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
Hazırda respublika ərazisinin bir sıra yollarında müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Sizinxeber.az xəbər verir ki, Baş Dövlət Yol Polis İdarəsi dumanlı havanın digər hərəkət iştirakçılarının və nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmağı, sürət həddini hava şəraitinə uyğun seçməyi, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirməyi, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edib.
Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmaları xahiş olunur.
Oxşar xəbərlər
DYP dumanlı hava ilə əlaqədar müraciət edib
DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Dumanlı hava ilə bağlı xəbərdarlıq olunub
Naxçıvanda dumanlı hava ilə bağlı xəbərdarlıq olunub
BDYPİ dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













