sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Zaqatalada yol qəzası baş verib, ölən və xəsarət alan var
Zaqatalada yol qəzası baş verib, ölən və xəsarət alan var.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində baş verib. Qoşqulu motosikletlə Qaz-24 markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, motosikletçi aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Daha bir nəfərin isə xəsarət aldığı bildirilir. Yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib, bir neçə nəfər xəsarət alıb
Zaqatalada avtomobil velosipedçini vurub
Zaqatalada avtomobil aşıb, xəsarət alanlar var - VİDEO
Zaqatalada iki avtomobil toqquşub, xəsarət alan var
Zaqatalada avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













