FHN yel çərşənbəsi ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi yel çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Bu barədə Sizinxeber.az-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən çərşənbə Bərdə rayonunda 2019-cu il təvəllüdlü azyaşlı N.Qurbanzadənin bayram tonqalına yıxılaraq aldığı müxtəlif dərəcəli yanıq xəsarətlərindən vəfat etməsi xəbəri ölkə ictimaiyyəti tərəfindən kədərlə qarşılandı.
Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
"Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır. Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin", - müraciətdə qeyd olunub.
Oxşar xəbərlər
FHN Novruz bayramı ilə bağlı əhaliyə təkrar müraciət edib - VİDEO
FHN Novruz çərşənbələrində yanğın təhlükəsizliyi ilə bağlı müraciət edib - VİDEO
FHN yel çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib
FHN od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib
FHN Yeni il bayramında yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













