Sumqayıtda Reabilitasiya Mərkəzində olan yanğın məhdudlaşdırılıb - YENİLƏNİB 2
sizinxeber.az xəbər saytı

Sumqayıtda Reabilitasiya Mərkəzində olan yanğın məhdudlaşdırılıb - YENİLƏNİB 2


Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın məhdudlaşıdırılıb.

"Sizinxeber.az"un Sumqayıt bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən hazırda yanğının tam söndürülməsi istiqamətində işlər aparılır. 

12:42

Sumqayıtda yanan tikilinin narkomanlar üçün Reabilitasiya Mərkəzi olduğu məlum olub.

"Sizinxeber.az"un Sumqayıt bürosu xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tədbirlər həyata keçirir.

12:25

Sumqayıtda tikilidə yanğın başlayıb.

"Sizinxeber.az"un xəbərinə görə, hadisə 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.

FHN-dən "Sizinxeber.az"a fakt təsdiqlənib.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Sumqayıtda tikilidə yanğın başlayıb
Sumqayıtda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Sumqayıtda zavodda baş verən yanğın söndürülüb-YENİLƏNİB-2
Bakıda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Sumqayıtda zavodların birində yanğın başlayıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər