Bakıda "OBA" marketdə partlayış olub, yaralananlar var
sizinxeber.az xəbər saytı

Bakıda "OBA" marketdə partlayış olub, yaralananlar var


Bu gün səhər saat 06:45 radələrində "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib.

Sizinxeber.az xəbər verir ki, bu barədə marketlər şəbəkəsi məlumat yayıb.

İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.

Hadisə nəticəsində "OBA"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Oxşar xəbərlər

Tbilisidə yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var
Türkiyədə yaşayış binasında partlayış olub, 1 nəfər ölüb, 33 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər