sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tbilisidə yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var
Tbilisinin Ortaçala rayonunda yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Yaralananlardan biri uşaqdır.
Keçmiş mehmanxananın dördüncü mərtəbəsində gecə baş verən partlayış nəticəsində korpusun divarının bir hissəsi uçub. Orada Abxaziyadan olan məcburi köçkünlər yaşayır.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.
Oxşar xəbərlər
Tbilisidə yaşayış binasında partlayış olub, ölən və yaralılar var
Tbilisidə yaşayış binasında partlayış olub, ölən və yaralananlar var
Sumqayıtda yaşayış binasında partlayış olub, yaralananlar var
ABŞ-də partlayış olub, ölən və yaralananlar var
Moskvada yaşayış binasında partlayış baş verib, ölənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













