Biləsuvarda həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub
sizinxeber.az xəbər saytı

Biləsuvarda həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxunub


Biləsuvarda arvadını öldürməkdə təqsirləndirilən Anar Məmiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Sizinxeber.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Anar Məmiyev 17 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə rayonun Xırmandalı kəndində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Anar Məmiyev həyat yoldaşı, 1999-cu il təvəllüdlü Sevil Əlilini bıçaqlayaraq qətlə yetirib. Qətli törətdikdən sonra polisə könüllü təslim olub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Astarada dostunu güllələyib, özünü yaralayan şəxsə hökm oxunub
Lənkəranda tanışını qətlə yetirən şəxsə hökm oxunub
Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub
Keçmiş arvadını amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər