MN-in sabiq idarə rəisi və bölmə müdirinin məhkəməsi keçirilib
Müdafiə Nazirliyinin Mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov və həmin idarənin Əsaslı və cari təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib.
İbtidai istintaq dövründə olan sənədlər, ekspertiza rəyləri elan olunub.
Bununla da sənədlərin tədqiqi yekunlaşıb. Müdafiə tərəfi çıxış üçün vaxt istəyib.
Proses fevralın 24-də davam etdiriləcək.
Qeyd edək ki, Elmar Məmmədov və Rəhim Laçınov ötən ilin avqust ayında saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib. Hərbi Prokurorluğun təqdimatına əsasən, barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı onların ittiham olunduqları maddə 341.2.3-cü maddəyə tövsif olunub və hər ikisi barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Oxşar xəbərlər
MN-in Mənzil istismar İdarəsinin sabiq rəisi və bölmə müdirinin məhkəməsi başlayıb
Müdafiə Nazirliyinin sabiq bölmə müdiri həbs olunub
MN-in Mənzil istismar idarəsinin sabiq rəisi və bölmə müdirinin əmlakları üzərinə qoyulan həbsin götürülməsi istənilib
Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi həbs edilib
MN-in sabiq idarə rəisi həbs edilib - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













