Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib, bir neçə nəfər xəsarət alıb
Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobakol kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, Qax rayon Güllük kənd sakininin idarə etdiyi "VAZ 2102" markalı minik avtomobili, Ağcabədi rayon sakininin idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində bir-neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıblar.
Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Zaqatalada avtomobil aşıb, xəsarət alanlar var - VİDEO
Zaqatalada avtomobil aşıb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB
Zaqatalada 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib - FOTO
Zaqatalada iki minik avtomobili toqquşub, ölən və yaralananlar var
Zaqatalada iki avtomobil toqquşub, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













