Avtomobildə beşbarmaq və narkotik aşkarlanıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
BDYPİ-dən APA-ya verilən məlumata görə, YPX Alayının Salyan rayonu ərazisində yerləşən stasionar postunda “Hyundai” markalı avtomobil saxlanılıb. Sürücü A.Nadirovun qeyri-adekvat hərəkətləri şübhə doğurduğundan avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobildə qanunsuz olaraq daşınan narkotik vasitə - qurudulmuş marixuana və 1 ədəd beşbarmaq aşkarlanıb. Sürücü nəqliyyat vasitəsi ilə birgə sonrakı araşdırma üçün ərazi polis orqanına təhvil verilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin daha da gücləndirildiyini və kriminal meyilli şəxslərə qarşı qanunla nəzərdə tutulan ən kəsərli tədbirlərin görüləcəyini bildirir.
Oxşar xəbərlər
Kirayələdiyi maşınla narkotik daşıyan sürücü saxlanılıb
Narkotikə görə saxlanılan maşında 1,3 kq qızıl tapılıb - VİDEO
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Avtomobil idarə edən narkotik istifadəçisi stasionar postda saxlanılıb
Texniki baxışa təqdim edilən avtomobildə narkotik aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











