Ruben Vardanyanın məhkəmədə əsaslandırılmamış etirazı təmin olunmayıb
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 10-da davam etdirilib.
"Sizinxeber.az" xəbər verir ki, onun müdafiəçisi, vəkil Avraam Berman Vardanyan tərəfindən qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək qeyd edib ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret halları müəyyən edilib və bu etiraz əsaslandırılmalıdır.
Eyni zamanda, qanunvericiliyə əsasən, hakimin cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret və mötəbər sübutlar olduqda etiraz etmək olar. Prokuror deyib ki, prosesin hazırkı mərhələsində müdafiə tərəfi məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret sübut təqdim etmədiyindən etiraz baxılmamış saxlanılmalıdır.
Zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov və məhkəmədə iştirak edən digər zərərçəkmiş şəxslər də etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.
Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.
R.Vardanyanın vəkili məhkəməyə müraciət edərək müdafiə etdiyi təqsirləndirilən şəxslə konfidensial görüş üçün yenidən şərait yaradılmasını xahiş edib. Hakim konfidensial görüş üçün şərait yaradıb.
Oxşar xəbərlər
Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanış olmaq üçün 10 gün əlavə vaxt verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ruben Vardanyanın həbs müddəti uzadıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ruben Vardanyanın məhkəməsi başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazirdən pensiyalarla bağlı şad xəbər
-
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Şəhidlər xiyabanını ziyarət edib
-
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
-
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
-
Şəhid məzarlarından gitara, çəkmə və hərbi dəbilqə oğurladılar: Saxlanılan şəxslərin GÖRÜNTÜLƏRİ












