Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB
Fevralın 5-də saat 11:45 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Sizinxeber.az-ə bildirilib ki, 1966-ci il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu heyvan otararkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.
Araşdırma aparılır.
***12:20
Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır.
Bu barədə Sizinxeber.az-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Sizinxeber.azOxşar xəbərlər
Tərtərdə heyvan oturan şəxs minaya düşüb, araşdırma aparılır
ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB-2
ANAMA əməkdaşı Ağdamda minaya düşüb
Bu şəxslər məsuliyyətə cəlb olunacaq - Prokurorluq
ANAMA-nın mina partlayışı zamanı xəsarət alan əməkdaşı Gəncə xəstəxanasına təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













