Masallıda 11 il əvvəl törədilmiş quldurluğa görə 3 nəfər həbs edilib
Masallıda 11 il əvvəl törədilmiş quldurluq cinayətinin üstü açılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, 2014-cü ilin avqust ayının 14-də gecə saatlarında Masallı rayonunun Qəriblər kəndində yerləşən evlərdən birinə daxil olan 3 nəfər maskalı şəxs ev sahibini və ailə üzvlərini tapançaya oxşar əşya ilə hədələyib 150 manat pulunu alaraq hadisə yerini tərk ediblər.
Faktla bağlı elə həmin vaxt Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb.
Bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Xaqani Zahidov, əvvəllər məhkum olunmuş Zaman Hüseynzadə və Aslan Məcidovun şəxsiyyəti müəyyən olunaraq saxlanılıblar. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Polis quldurluq əməlində şübhəli bilinən şəxsi zərərsizləşdirib
Masallı sakinindən 6 kq narkotik vasitə götürülüb
Şəkidə oğurluq edən maskalı şəxslər tutulub
Masallıda narkotiklərin dövriyyəsini təşkil edən şəxs saxlanılıb
Yardımlıda bir gecədə 2 mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident məmurlara hansı tapşırıqları verib? — İclasın DETALLARI
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
