İmişlidə mikroavtobus piyadanı vuraraq öldürüb
sizinxeber.az xəbər saytı

İmişlidə mikroavtobus piyadanı vuraraq öldürüb


İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus yolu keçən Çaxırlı kənd sakini, 1936-cı il təvəllüdlü Aslanov Həsən Həsən oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Ucar rayonunda avtomobil piyadanı vuraraq öldürüb
Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub
İmişlidə mikroavtobusun vurduğu piyada ölüb
Sumqayıtda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb
Göygöldə avtomobil piyadanı vuraraq öldürüb 

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər