Ekspert: Dispetçerlərin AZAL-ın pilotları ilə danışıqlarının dərc edilməsi informasiya təzyiqi cəhdidir
Dekabrın 25-də AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinin pilotları ilə Rusiya hava limanlarının yerüstü xidmətləri arasında guya baş tutmuş danışıqların dərc edilməsi Qazaxıstan və Azərbaycana qarşı əsl informasiya təzyiqi aktıdır.
Bunu “Sizinxeber.az”un Qazaxıstan bürosuna qazaxıstanlı politoloq Dimaş Aljanov bildirib.
"Ötən ilin dekabrında Bakı-Qroznı reysinin pilotları ilə yerüstü xidmətlərin deşifrə edilmiş danışıqları rəsmi təsdiqini tapmayıb. Bu cür deşifrələrin meydana çıxması araşdırmanı aparan Qazaxıstana və təyyarəsi qəzaya uğrayan Azərbaycana qarşı informasiya təzyiqi cəhdindən başqa cür qiymətləndirilə bilməz", - Aljanov bildirib.
Politoloq qeyd edib ki, deşifrə edilmiş danışıqlar Rusiya isteblişmentinin müəyyən dairələrinə yaxın olduğu iddia edilən Telegram kanallarında yayılıb.
"Qazaxıstan hökumətinə yönəlmiş təzyiqdən danışsaq, onun hansı mövqe tutacağı hələ məlum deyil. İnternetdə stenoqramın dərc edilməsindən sonra nə Qazaxıstan, nə də Azərbaycan tərəfindən hələ heç bir rəsmi şərh verilməyib", - politoloq bildirib və yanvarın sonunda açıqlanacaq rəsmi hesabatı gözləməyin lazım olduğunu qeyd edib.
Onun sözlərinə görə, Qazaxıstan istənilən gedişatda həm Azərbaycan, həm də Rusiya ilə normal münasibətləri qorumağa çalışacaq.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin "qara qutu”larının deşifrə edilmiş materialları Astanaya aparılacaq
Qazaxıstan Nəqliyyat Nazirliyi: AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir
Aktauda baş verən aviaqəzanın təhqiqatı üzrə komissiyanın 17 eksperti Braziliyadan Qazaxıstana qayıdır - EKSKLÜZİV
Qəzaya uğramış təyyarənin pilotları və stüardessa Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaqlar
Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularını Braziliyaya göndərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Kiyevdə ardıcıl partlayışlar oldu
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
