Aktauda baş verən aviaqəzanın təhqiqatı üzrə komissiyanın 17 eksperti Braziliyadan Qazaxıstana qayıdır - EKSKLÜZİV
Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin qəzasını araşdıran komissiyanın ekspertləri bu günlərdə Braziliyadan "qara qutu”ların deşifrə edilmiş materialları ilə Astanaya qayıdacaqlar.
Bu barədə “Report”un Qazaxıstan bürosunun sorğusuna cavab olaraq Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat verib.
"Komissiya üzvləri Qazaxıstana qayıdırlar. Qazaxıstan, Azərbaycan və Rusiyanın nümayəndələrindən ibarət 17 beynəlxalq ekspertimiz var. Onlar Braziliyaya getmişdilər. Gəldikdən sonra ekspertlər dərhal "qara qutu”ların deşifrə edilmiş məlumatlarının öyrənilməsi və təhlilinə başlayacaqlar", - Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.
Qurumdan əlavə ediblər ki, yaxın vaxtlarda onlar Qazaxıstanda olacaqlar.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Oxşar xəbərlər
Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin "qara qutu”larının deşifrə edilmiş materialları Astanaya aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Nəqliyyat Nazirliyi: Mütəxəssislər AZAL-ın təyyarə qəzası ilə bağlı oxunmuş məlumatlarla yaxın günlərdə Astanaya gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Nəqliyyat Nazirliyi: Mütəxəssislər AZAL-ın təyyarə qəzası ilə bağlı yaxın günlərdə oxunmuş məlumatlarla Astanaya gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstanda təyyarənin qəzaya uğradığı yerdə qara qutu tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzasının səbəblərini araşdıran komissiya iş planını müəyyənləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












