Göyçayda ağır yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Göyçayda ağır yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB


Göyçayda ağır qəzada xəsarətlər alanların kimliyi bəlli olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun H.Z.Tağıyev küçəsində “VAZ-2106” markalı avtomobilin divara çırpılması nəticəsində sürücü - 2000-ci il təvəllüdlü Quluyev Əli Qulu oğlu, sərnişinlər - 2001-ci il təvəllüdlü Məmmədov Fuad Əlişan oğlu və 1999-cu il təvəllüdlü Abdullayev Yaşar Elvin oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Y.Abdullayevə burnun qapalı travması, F.Məmmədova qapalı kəllə-beyin travması, beyin sirkələnməsi, Ə.Quliyevə isə qapalı kəllə beyin travması, koma, ağır vəziyyət diaqnozu təyin edilib.

Fakt araşdırılır.

22:50

Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun H.Z.Tağıyev küçəsində “VAZ-2106” markalı avtomobil divara çırpılıb.

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır.

Oxşar xəbərlər

Bakıda 28 yaşlı gənc yol qəzası zamanı xəsarət alıb
Şirvanda yol qəzası olub, xəsarət alanlar var
Gədəbəydə avtomobillər toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB 
Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb
Göyçayda qəza olub, xəsarət alanlar var - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər