G1: Braziliya HHQ AZAL-ın qəzaya uğramış təyyarəsinin qara qutularının açılmasını başa çatdırıb
Braziliya HHQ-nin Aviasiya Hadisələrinin Təhqiqatı və Təqdim edilməsi Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qara qutularının açılması başa çatdırıb.
“Report” xəbər verir ki, bu barədə Braziliyanın G1 portalına qurumdakı mənbələr məlumat verib.
“İki qara qutudan məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb”, – onlar bildiriblər.
“O Globo” qəzetinin qeyd etdiyi kimi, qurum artıq müvafiq məlumatı Astanaya göndərib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Oxşar xəbərlər
Braziliyada AZAL-ın qəzaya uğrayan təyyarəsinin qara qutularının oxunmasına başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında xəsarət alan bələdçilər “Rəşadət” ordeni ilə təltif edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Nəbiyev: “AZAL-ın təyyarəsi xarici texniki və fiziki təsir nəticəsində qəzaya uğrayıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında həlak olan Məhəmmədəli futbolçu imiş [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”larının oxunmasına başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












