Ucarda cücə sexində yanğın baş verib, 4000 cücə tələf olub - FOTO
Ucarda cücə sexində yanğın olub.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayonun Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Rayon sakini Asif Əvəz oğlu Nuruyevə məxsus ümumi sahəsi 450 kvadratmetr olan cücə sexində güclü yanğın baş verib. Yanğın zamanı 210 kvadratmetr sahə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Zərərçəkənin sözlərinə görə, 4000 cücə yanaraq tələf olub.
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Ucarda 2 ailənin yaşadığı ev yanıb - FOTO
Şəmkirdə avtomobil təmiri sexində yanğın baş verib
Ucarda minik maşını yanaraq yararsız vəziyyətə düşüb - FOTO
Şəmkirdə avtomobil təmiri sexində baş verib
Göygöldə 600 ədəd ot bağlması yanıb, 50 dən artıq ev quşu tələf olub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










