sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ucarda 2 ailənin yaşadığı ev yanıb - FOTO
Ucarda 2 ailənin yaşadığı fərdi yaşayış evi yanıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ənvər Məmmədxanlı kəndində baş verib.
Süsən Nəsrəddin qızı Nürəddinovaya və Gülsabah Pənah qızı Manafovaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan 1 mərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evinin 1 otağı və talvarı tamamı ilə, digər 1 otaq isə qismən yanıb.
Hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdaki tikililər yanğından mühafizə olunub.
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Ucarda minik maşını yanaraq yararsız vəziyyətə düşüb - FOTO
Ucarda evdə yanğın olub
Şəkidə fərdi yaşayış evi yanıb
Hacıqabulda 2 mərtəbəli ev yanıb
Şəkidə 4 otaqlı ev yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













