Şirvanda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Şirvanda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb


Şirvanda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Sizinxeber.az”a verilən xəbərə görə, polis əməkdaşları şəhər ərazisində saxta pulların dövriyyəsi ilə məşğul olan Mərahim Fərəcovun saxlanılması istiqamətində əməliyyat tədbiri keçirib.

Adıçəkilən şəxs özünə xəsarət yetirərək məsuliyyətdən yayınmağa çalışıb. Onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və sonuncu saxlanılaraq istintaqa təhvil verilib.

Həmin şəxsdən psixotrop maddə olan metamfetamin, eləcə də saxta pul əskinasları götürülüb.

Faktla əlaqədar cinayət işi açılıb, M.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib, araşdırmalar aparılır.

Oxşar xəbərlər

Hacıqabulda saxta pul dövriyyəsi ilə bağlı iki nəfər həbs edilib
Şirvanda narkotik vasitələrin satışında şübhəli bilinən şəxs saxlanılıb
Uşaq bağçalarına saxta vakansiyalar elanı verməklə dələduzluq edən şəxs saxlanılıb
Xızıda saxlanılan şəxsdən metamfetamin və heroin aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər