Sabirabadda ev yanaraq külə dönüb, xəsarət alan var - YENİLƏNİB
Sabirabad rayonunun Qruzma kəndində baş verən yanğın zamanı ev sahibi, 1972-ci il təvəllüdlü Mirzəyev Əlixuda Əli oğlu baş nahiyəsindən yanıq xəsarəti alıb.
“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, ilkin tibbi yardım aldıqdan sonra o, övladları tək qalmasın deyə xəstəxanaya getməkdən imtina edib.
Faktla bağlı araşdırma aparılır.
Sabirabad rayonunda fərdi yaşayış evi yanıb.
“Sizinxeber.az”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Əliyev Əlixudaya məxsus fərdi yaşayış evi anidən alovlanıb.
FHN nin Sabirabad Yanğından mühafizə hissəsinin yanğınsöndürənləri yanğını söndürüb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Buna baxmayaraq, fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sabirabadda fərdi yaşayış evi yanaraq külə dönüb
Cəlilabadda yaşayış evi yanaraq kül olub
Astarada 6 otaqlı ev yanaraq külə dönüb
Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var
Sabirabad sakini elektrik mişarı ilə ayağını kəsib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













