Cəlilabadda 58 yaşlı kişi həkim tərəfindən döyülüb
sizinxeber.az xəbər saytı

Cəlilabadda 58 yaşlı kişi həkim tərəfindən döyülüb


Cəlilabadda həkim xəstəni döyüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayon mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Uzuntəpə kənd sakini 1966-cı il təvəllüdlü Füzuli İmanov, 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün xəstəxanaya aparıb.

Nəvələrdən birinin səhhəti ağırlaşıdğını görən baba, Davud adlı həkimdən kömək istəyib. Lakin bu zaman o, həkimin müqavimətilə üzələşib. Füzuli İmanov həkim tərəfindən təpiklə döyülərək otaqdan xaric olunduğunu deyir.

Artıq zərərçəkən məsələ ilə bağlı rayon prokurorluğuna müraciət edib. Hadisənin kadrları təhlükəsilik kameralarına da düşüb.

Fakt araşdırılır.

Oxşar xəbərlər

Zaqatalada 32 yaşlı qadın xəstəxanada vəfat edib
Cəlilabadda toy karvanında xəsarət alan 73 yaşlı kişi ölüb - FOTO - YENİLƏNİB
Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilib
Cəlilabadda minik avtomobili piyadanı vurub
Cəlilabadda yol qəzasında iki nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər