İsmayıllıda ağır qəza baş verib, ölənlər var - YENİLƏNİB
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda yol qəzası olub, 2 nəfər ölüb
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
08:31
İsmayıllıda avtomobil qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında İsmayıllının Qurbanəfəndi kəndi istiqamətində baş verib.
İlkin məlumatlara əsasən, "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində Oğuz rayon sakinləri 2000-ci il təvəllüdlü Rəşidov Səfər Etibar oğlu və digər Oğuz rayon sakini 2000-ci il təvəllüdlü Şükürlu Şükür Araz oğlu dünyasını dəyişib.
Digər iki nəfər 1997-ci il təvəllüdlü Rəhimli Orxan Mehman oğlu və 1988-ci il təvəllüdlü İsmayıllı sakini Allahverdiyev Tural Eldar oğlu müxalifət dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İsmayıllıda ağır qəza baş verib, ölənlər var
Qəbələdə yol qəzası olub, sürücü ölüb
İsmayıllıda avtomobil agaca çırpılıb, 2 nəfər xəsarət alıb
Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Kürdəmirdə ağır qəza baş verib, ölən və yaralanan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













