Zaqatalada bıçaqlanma olub, saxlanılan var  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Zaqatalada bıçaqlanma olub, saxlanılan var - YENİLƏNİB


"Dekabrın 21-i gecə saat 01 radələrində Zaqatala rayonunun Faldarlı kəndi ərazisində 2002-ci il təvəllüdlü V.Kərimov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi 1999-cu il təvəllüdlü T. Rüstəmova bıçaqla xəsarət yetirib".

Bu barədə Sizinxeber.az-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Kərimov saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

***

10:02

Zaqatalada 22 yaşlı gənc həmkəndlisini bıçaqlayıb.

Sizinxeber.az-nınn Şimal-qərb bürosunun məlumatına görə, dekabrın 20-dən 21-ə keçən gecə rayonun Faldar kənd sakini, 1999-cu il təvəllüdlü T. Səfərov sol budun kəsilmiş açıq yarası diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə korpusuna daxil olub.

Müayinə zamanı T. Səfərovun həmkəndlisi 2002-ci il təvəllüdlü V. Kərimovla aralarında yaranan şəxsi münasibətlər zəminində bıçaqlandığı məlum olub. T. Səfərov əməliyyat olunub, müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Oxşar xəbərlər

Zaqatala 24 yaşlı şəxs bıçaqlanıb
Zaqatalada 30 yaşlı kişi bıçaqlanıb
Mingəçevirdə 26 yaçlı gənc bıçaqlanıb, saxlanılan var
Zaqatalada 31 yaşlı kişi bıçaqlanıb
Zaqatala sakini həmyerlisini bıçaqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle